U-17 millimizin Qazaxıstanla növbəti görüşü

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) bu gün ikinci yoxlama oyununu keçirəcək.

Arena.az xəbər verir ki, U-17 millimiz Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə ikinci dəfə üz-üzə gələcək.

Qəbələ şəhər stadionunda təşkil ediləcək oyuna saat 16:30-da start veriləcək.

Xatırladaq ki, bu komandalar arasında ilk görüş də Qəbələdə baş tutmuşdu. Həmin oyunda Qazaxıstan milli komandası 5:2 hesablı qələbə qazanmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: