Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.
Arena.az xəbər verir ki, bu gün mundialda 1/16 final mərhələsinə start verilib.
Pley-offun ilk oyununda mundialın ev sahiblərindən olan Kanada yığması Cənubi Afrika Respublikası (CAR) millisi ilə qarşılaşıb. Los Ancelesdə (Kaliforniya, ABŞ) keçirilmiş matç Kanada yığmasının 1:0 hesbalı üstünlüyü ilə bitib. Yeganə qolu 90+2-ci dəqiqədə Stiven Euştakiu vurub.
Bu mərhələnin növbəti oyunu bu gün Braziliya və Yaponiya yığmaları arasında keçiriləcək.
Kanada millisi 1/8 finalda Niderland – Mərakeş matçının qalibi ilə üz-üzə gələcək.
DÇ-2026
1/16 final
28 iyun
CAR – Kanada 0:1
Qol: Stiven Euştakiu, 90+2.
29 iyun
21:00. Braziliya – Yaponiya


