Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) ilk yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, U-17 millimiz bu gün Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunmuş görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu komandalar arasında iyulun 1-də daha bir yoxlama oyunu təşkil ediləcək.
Xatırladaq ki, Azərbaycan millisinin Bakı toplanışında aşağıdakı heyətə üstünlük verilib:
Ülvi Abbaslı – Sumqayıt
Oqtay Mehrəliyev – Qarabağ
Cavidan Babayev – Qarabağ
Ruslan Quliyev – Neftçi
Vaqif Nəbiyev – Qarabağ
Uğur Qurbanlı – Qarabağ
Cihad Sadıqov – Sabah
Roman Fərzəli – Qarabağ
Mehdi Hüseyn – Qarabağ
Rəsul Balakişiyev – Marset (İspaniya)
Nicat Əhmədzadə – Marset (İspaniya)
Vaqif Məmmədli – Sabah
Ömər Fətəliyev – Qarabağ
Əhəd Hacızadə – Qarabağ
Nihad Hüseynzadə – Sabah
Renat Əliyev – Neftçi
Davud Abullayev – Qarabağ
Şikar Şikar – Neftçi
Tunar Bayramov – Qarabağ
Firdovsi Şeydayev – Sabah
Nazim Əliyev – Srvena Zvezda (Serbiya)
Daniil Rəcəbov – Qarabağ
Ruslan Əbilov – Sabah


