Amin Ramazanov “Sabah”da – Rəsmi

Bu yay “Qarabağ”la yollarını ayırmış qapıçı Amin Ramazanov bundan sonra Premyer Liqanın digər təmsilçisi “Sabah”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Sabah”ın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, Ramazanov bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq. 23 yaşlı qolkiperlə 2 illik müqavilə bağlanıb.

Rusiyanın “Lokomotiv” (Moskva) klubunun yetirməsi olan qapıçı karyerası ərzində “Qarabağ” və “Zaqatala”da çıxış edib.

Amin Ramazanov isə 2021-ci ildən “Qarabağ”ın sıralaırnda idi. 23 yaşlı qolkiper Ağdam təmsilçisinin əsas komandasında 15 oyun keçirib, 18 qol buraxıb, 4 matçda qapısını toxunulmaz saxlayıb.

“Sabah” daha öncə Eyden Makkarti, Yunes Laşaab, Junior Almeyda və Ksander Severinanı da heyətinə qatmışdı. Coy-Lens Mikels, Stas Pokatilov, Velko Simiç, Tellur Mütəllimov və Patrik Mbina ilə yeni müqavilə bağlamış paytaxt klubu Jesse Sekidika, Pavol Şafranko, Amin Seydiyev, Nicat Mehbalıyev və İqor Noqeyra ilə vidalaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: