Cəlal Hüseynov “Voluntari”yə qarşı 9 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Rumıniyanın “Petrolul” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Rumıniya çempionatının 2026/2027-ci illər mövsümünün 5-ci turu çərçivəsində “Voluntari” ilə qarşılaşıb.

“Petrolul” səfər oyunundan 2:1 hesablı qələbə ilə ayrılıb. Cəlal görüşün 81-ci dəqiqəsində meydana buraxılıb.

Xatırladaq ki, azərbaycanlı müdafiəçi bu yay “Petrolul”a azad agent kimi qoşulub və 2 illik müqaviləyə imza atıb. O, sözügedən komandanın heyətində 4 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Zirə”nin yetirməsi olan Cəlal Hüseynov 2023-cü ilin iyun ayında Bolqarıstanın “Arda” klubuna keçib. Azərbaycanlı futbolçu bu komandada 87 rəsmi oyuna çıxıb, 5 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, 2025-ci ilin yayında yenidən Bolqarıstan klubuna qayıtmışdı.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 10 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: