Abdullah Zubir “Qarabağ”a bu sözlərlə vida etdi

“Qarabağ”dan ayrılaraq karyerasını Qətərdə davam etdirməyə qərar verən fransalı futbolçu Abdullah Zubir Ağdam klubu ilə vidalaşıb.

Arena.az xəbər verir ki, 34 yaşlı cinah hücumçusu sosial şəbəkə hesabında paylaşım edərək bunları yazıb:

“8 ildən sonra mənim üçün yeni mərhələyə başlamağın vaxtıdır. Bütün kluba, komanda yoldaşlarıma, məşqçilər heyətinə və xüsusilə mənim üzərimdə çox böyük rolu olan baş məşqçimə təşəkkür etmək istəyirəm. Mənə göstərdiyi etimada və mənə öyrətdiyi hər şeyə görə ona təşəkkür edirəm.

Ən əsası, bütün azarkeşlərə və bütün ölkəyə mənə göstərdikləri inanılmaz sevgiyə görə təşəkkür edirəm. Dəstəyiniz, ehtirasınız və sevginiz bütün bu illər ərzində mənimlə olub”.

Qeyd edək ki, Abdullah Zubir karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcək. O, 2018-ci ildən “Qarabağ”da oynayırdı. Fransalı vinger bu müddətdə 368 matçda 78 qol vurub. O, komandanın heyətində 6 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. Zubir komandanın heyətində 1 dəfə UEFA Çempionlar Liqasının, 4 dəfə Avropa Liqasının, 1 dəfə Konfrans Liqasının əsas mərhələsində iştirak edib. O, UEFA Çempionlar Liqasının və Konfrans Liqasının 1/8 finala vəsiqə uğrunda pley-off mərhələlərinin, Avropa Liqasının 1/8 final mərhələsinin iştirakçısı olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: