Azərbaycanlı futbolçu Murad Məmmədov Kiprin “Pafos” komandasının heyətində ilk qolunu vurmasına münasibət bildirib.
Arena.az xəbər verir ki, 20 yaşlı vinger bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Avropa Liqasının 2026/2027-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinin Avstriyanın “Zalsburq” komandasına qarşı keçirilən cavab oyununda fərqlənmiş Murad bunları yazıb:
“Hər şeydən əvvəl Allaha təşəkkür edirəm. Bizə dəstək olan hər kəsə minnətdaram. Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik. Amma yolumuza davam edəcəyik. İrəli, “Pafos”.
Xatırladaq ki, matç 3:3 hesabı ilə yekunlaşıb. “Pafos”un sonuncu qoluna Murad Məmmədov imza atıb. Səfərdə 0:1 hesabı ilə uduzmuş Kipr komandası Avropa Liqası ilə vidalaşıb. Buna baxmayaraq, Muradın komandası avrokubok macərasını Avropa Konfrans Liqasında davam etdirəcək.


