Bu gün keçirilmiş bir oyunla futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünə start verilib.
Arena.az xəbər verir ki, yeni mövsümün və ilk turun açılış oyunu Londonda keçirilib.
Burada son çempion “Arsenal” elitaya yenicə yüksəlmiş “Koventri Siti”ni qonaq edib. Meydan sahibləri 3 xalı 3 cavabsız qolla qazanıblar.
İlk turun qalan görüşləri avqustun 22-də, 23-də və 24-də baş tutacaq.
İngiltərə, Premyer Liqa
1-ci tur
21 avqust
Arsenal – Koventri Siti 3:0
22 avqust
15:30. Hall Siti – Mançester Yunayted
18:00. Everton – Kristal Pelas
18:00. İpsviç Taun – Sanderlend
18:00. Nottingem Forest – Lids
20:30. Brentford – Tottenhem
23 avqust
17:00. Brayton – Aston Villa
17:00. Mançester Siti – Bornmut
19:30. Nyukasl – Liverpul
24 avqust
23:00. Fulhem – Çelsi


