Bu gün keçirilmiş bir oyunla futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2026/2027-ci illər mövsümünə start verilib.
Arena.az xəbər verir ki, yeni mövsümün və ilk turun açılış matçında son çempion “Bayern” doğma meydanda “Ştutqart”la üz-üzə gəlib.
Altı qolun qeydə alındığı oyunda Münhen təmsilçisi darmadağına sevinib.
Qeyd edək ki, 1-ci turun qalan görüşləri avqustun 29-da və 30-da keçiriləcək.
Almaniya, Bundesliqa
1-ci tur
28 avqust
Bayern – Ştutqart 5:1
29 avqust
17:30. Elversberq – Bayer
17:30. Köln – Hoffenhaym
17:30. Maynts – Paderborn
17:30. Leypsiq – Borussiya (Mönhenqladbax)
17:30. Union Berlin – Ayntraxt
20:30. Borussiya (Dortmund) – Hamburq
30 avqust
17:30. Frayburq – Verder
19:30. Auqsburq – Şalke


