Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 2-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Kristal Pelas” doğma meydanda “Mançester Siti” ilə üz-üzə gəlib. Qonaqlar 5 qolun qeydə alındığı bu görüşdə darmadağına seviniblər.
2-ci turun qalan görüşləri avqustun 29-da, 30-da və 31-də keçiriləcək.
İngiltərə, Premyer Liqa
2-ci tur
28 avqust
Kristal Pelas – Mançester Siti 1:4
29 avqust
15:30. Liverpul – Nottingem Forest
18:00. Bornmut – Everton
18:00. Koventri Siti – Hall Siti
20:30. Tottenhem – Nyukasl
30 avqust
17:00. Çelsi – Brayton
17:00. Lids – Brentford
17:00. Sanderlend – Fulhem
19:30. Mançester Yunayted – İpsviç Taun
31 avqust
23:00. Aston Villa – Arsenal


