Bundesliqa: “Borussiya” qələbə, “Bayer” məğlubiyyətlə başladı

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2026/2027-ci illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, yeni mövsümün və ilk turun ikinci oyun günündə altı qarşılaşma baş tutub.

“Maynts” – “Paderborn” matçı qolsuz yekunlaşıb. Altı qolun qeydə alındığı “Union Berlin” – “Ayntraxt” matçında da qalib müəyyənləşməyib. “Elversberq” “Bayer”i, “Köln” “Hoffenhaym”ı, “Leypsiq” Mönhenqladbax “Borussiya”sını, Dortmund “Borussiya”sı isə “Hamburq”u məğlub yola salıb.

Qeyd edək ki, 1-ci turun qalan görüşləri avqustun 30-da keçiriləcək.

Almaniya, Bundesliqa
1-ci tur

28 avqust

Bayern – Ştutqart 5:1

29 avqust

Elversberq – Bayer 3:2
Köln – Hoffenhaym 3:2
Maynts – Paderborn 0:0
Leypsiq – Borussiya (Mönhenqladbax) 3:0
Union Berlin – Ayntraxt 3:3
Borussiya (Dortmund) – Hamburq 2:0

30 avqust

17:30. Frayburq – Verder
19:30. Auqsburq – Şalke

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: