Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.
İki qolun qeydə alındığı “Lids” – “Brentford” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Yeddi qolluq “Çelsi” – “Brayton” görüşü meydan sahiblərinin çətin qələbəsiylə yekunlaşıb. “Mançester Yunayted” – “İpsviç Taun” görüşündə də qapılara yeddi qol vurulub. Amma “qırmızı şeytanlar” bu görüşdə darmadağına seviniblər. “Sanderlend” də “Fulhem”i tək qolla yenib.
2-ci tura avqustun 31-də keçiriləcək “Aston Villa” – “Arsenal” oyunu ilə yekun vurulacaq.
İngiltərə, Premyer Liqa
2-ci tur
28 avqust
Kristal Pelas – Mançester Siti 1:4
29 avqust
Liverpul – Nottingem Forest 2:2
Bornmut – Everton 1:1
Koventri Siti – Hall Siti 0:1
Tottenhem – Nyukasl 0:2
30 avqust
Çelsi – Brayton 4:3
Lids – Brentford 1:1
Sanderlend – Fulhem 1:0
Mançester Yunayted – İpsviç Taun 5:2
31 avqust
23:00. Aston Villa – Arsenal


