Bu gün keçirilmiş oyunlarla futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2026/2027-ci illər mövsümünün 5-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Köln” – “Borussiya” (Mönhenqladbax) və “Frayburq” – “Şalke” oyunlarında meydan sahibləri qələbə qazanıblar.
Beləliklə, geridə qalmış 5 turdan sonra “Frayburq”la Dortmund “Borussiya”sının 13 xalı var. “Bayern” 11, “Bayer” 10, “Leypsiq” 9, “Auqsburq” və “Verder” 8 xal toplayıblar.
Almaniya, Bundesliqa
5-ci tur
9 oktyabr
Borussiya (Dortmund) – Verder 2:2
10 oktyabr
Auqsburq – Bayern 2:2
Hoffenhaym – Hamburq 2:3
Maynts – Bayer 3:4
Paderborn – Ştutqart 0:2
Union Berlin – Elversberq 1:0
Leypsiq – Ayntraxt 6:0
11 oktyabr
Köln – Borussiya (Mönhenqladbax) 2:1
Frayburq – Şalke 2:1


