Devid Bekhem FİFA prezidenti vəzifəsinə namizəd ola bilər

İngiltərə millisinin sabiq üzvü, ABŞ klubu “İnter Mayami”nin şəriklərindən biri Devid Bekhem FİFA prezidenti vəzifəsinə namizəd ola bilər.

Arena.az xəbər verir ki, bu barədə “Sky Sports” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Bekhemin namizədliyini UEFA-nın dəstəkləyəcəyi gözlənilir. Mənbə 51 yaşlı ingilisin dünya miqyaslı ulduz, pop-mədəniyyət ikonu və təcrübəli idarəçi kimi qiymətləndirildiyini qeyd edib.

Devid Bekhem 2020-ci ildən ABŞ-nin MLS liqasında çıxış edən “İnter Mayami” klubunun şərikidir. Florida təmsilçisi ötən il MLS çempionluğunu qazanıb.

Futbolçu karyerası ərzində Bekhem İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real”, İtaliyanın “Milan”, Fransanın PSJ və ABŞ-nin “Los-Anceles Qalaksi” klublarında çıxış edib.

Bekhem “Mançester Yunayted”in heyətində altı dəfə İngiltərə çempionu olub, iki dəfə İngiltərə Kubokunu və bir dəfə UEFA Çempionlar Liqasını qazanıb. Bundan başqa, Bekhem “Real”la İspaniya, PSJ ilə isə Fransa çempionu adını əldə edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: