Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 12-ci turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə vurğulanır ki, 12-ci turun oyunları üç günü əhatə edəcək. Ənənəvi olaraq, hər günə iki oyun təsadüf edəcək. Qarşılaşmalar noyabrın 20-də, 21-də və 22-də keçiriləcək.
Premyer Liqa
12-ci tur
20 noyabr
“İmişli” – “Zirə”
Yevlax şəhər stadionu, 14:30.
“Sumqayıt” – “Sabah”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.
21 noyabr
“Şamaxı” – “Turan Tovuz”
Şamaxı şəhər stadionu, 14:30.
“Şəfa” – “Qəbələ”
“Sumqayıt Arena”, 17:00.
22 noyabr
“Araz-Naxçıvan” – “Neftçi”
Şamaxı şəhər stadionu, 14:30.
“Kəpəz” – “Qarabağ”
Gəncə şəhər stadionu, 17:00.


