Bu gün keçirilmiş oyunlarla futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 7-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Montsa” doğma meydanda “Kalyari”yə 4 cavvabsız qolla qalib gəlib. “Parma” isə evdə “Torino”ya 3 cavabsız qolla uduzub.
Beləliklə, geridə qalmış 7 turdan sonra “İnter” və “Latsio”nun 19, “Roma”nın 17, “Milan”ın 15, “Komo”nun 14, “Frozinone” və “Kalyari”nin 13 xalı var.
İtaliya, A Seriyası
7-ci tur
16 oktyabr
Frozinone – Sassuolo 4:2
17 oktyabr
Venesiya – Napoli 1:0
Bolonya – İnter 1:3
Roma – Cenoa 2:0
18 oktyabr
Udineze – Leççe 0:3
Fiorentina – Komo 1:3
Milan – Atalanta 3:2
Yuventus – Latsio 0:3
19 oktyabr
Montsa – Kalyari 4:0
Parma – Torino 0:3


