“Milan”ın baş məşqçisi Ruben Amorim futbol üzrə İtaliya A Seriyasının 7-ci turunda “Atalanta”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, “rossonyerlər” qarşılaşma zamanı 3:0 hesabı ilə öndə olsalar da, yekunda çətin qələbə qazanıblar.
Amorim 3:2 hesablı qələbə barədə bunları söyləyib:
“Hər şey “Atalanta”nın qolundan sonra dəyişdi. Həmin ana qədər təşəbbüs bizim əlimizdə idi və dördüncü qolu vurmağa daha yaxın idik, nəinki qol buraxmağa. Ancaq bir sıra səhv qərarlarımız rəqibə şanslar yaratdı. Bunun üzərində işləməliyik.
Dördüncü qolu vurmağa çalışmalı olduğumuz məqamlarda qol buraxmaqdan ehtiyat etməyə başladıq”.
“Milan” A Seriyasının 7 turundan sonra 15 xalla 4-cü pillədə qərarlaşıb. Komanda 7 oyunda 4 qələbə qazanıb, 3 heç-heçə edib.


