Azərbaycanlı müdafiəçi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının “Vlajniya” ilə ev oyununda iştirak hüququ qazanmayıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2026/2027-ci illər mövsümünün 7-ci turu çərçivəsində bu gün “Vlajniya”nı qəbul edib.
“Eqnatiya” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 3:1. Əliyev bu görüşün sonuna qədər ehtiyatda qalıb.
Zamiqin komandası hazırda 18 xalla 10 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. “Eqnatiya” keçirdiyi 7 oyunda 6 qələbə qazanıb, 1 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçinin “Eqnatiya” ilə 2027-ci ilin 30 oyununadək müqaviləsi mövcuddur. 25 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 83 oyuna çıxıb, 2 qola imza atıb. Əliyev “Eqnatiya” ilə 2 dəfə Albaniya çempionu olub.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.


