Bu gün keçirilmiş oyunlarla futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 7-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
Yeddi qolun qeydə alındığı “Paris” – “Renn” matçında meydan sahibləri qələbə qazanıblar. “Loryan” “Monako”nu, Lion “Olimpik”i isə “Nitsa”nı məğlub yola salıb. “Anje” evdə Marsel “Olimpik”inə, “Havr” isə “Oser”ə uduzub.
Beləliklə, geridə qalmış 7 turdan sonra Lion “Olimpik”i, PSJ, “Lill”, “Paris” və “Monako”nun 14 xalı var. “Renn” 13, “Loryan” 11, “Lans” 10 xal toplayıb.
Fransa, Liqa 1
7-ci tur
16 oktyabr
Le Man – Tuluza 0:3
17 oktyabr
Strasburq – PSJ 1:3
Lill – Brest 1:1
Trua – Lans 1:3
18 oktyabr
Anje – Olimpik (Marsel) 2:5
Havr – Oser 1:3
Loryan – Monako 1:0
Paris – Renn 4:3
Olimpik (Lion) – Nitsa 2:1


