La Liqa: “Real” “Sevilya”nı 4 qolla yendi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də dörd qarşılaşma baş tutub.

Yeddi qolun qeydə alındığı “Malaqa” – “Real Sosyedad” matçında qonaqlar darmadağına seviniblər. “Osasuna” “Rasinq”i, “Selta” “Alaves”i xalsız yola salıb. Madrid “Real”ı isə “Sevilya” ilə ev oyununda darmadağına imza atıb.

Qeyd edək ki, İspaniya çempionatında 9-cu tura oktyabrın 19-da keçiriləcək “Xetafe” – “Rayo Valyekano” matçı ilə yekun vurulacaq.

İspaniya, La Liqa
9-cu tur

16 oktyabr

Deportivo – Levante 1:1

17 oktyabr

Espanyol – Atletiko 0:1
Vilyarreal – Elçe 0:0
Betis – Barselona 2:5
Valensiya – Atletik 0:0

18 oktyabr

Osasuna – Rasinq 2:0
Selta – Alaves 2:1
Malaqa – Real Sosyedad 2:5
Real – Sevilya 4:1

19 oktyabr

23:00. Xetafe – Rayo Valyekano

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: