“Neftçi” 700-cü səfər qolunu “Qarabağ”a vurdu

Premyer Liqa təmsilçisi “Neftçi” futbol üzrə Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qoluna imza atıb.

Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 8-ci turunda gerçəkləşib.

“Qarabağ”la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubiley topunun müəllifi olub.

“Ağ-qaralar” rəqib meydanlarındakı 496-cı görüşdə qol sayını 701-ə çatdırıblar. Bakılılar bu göstəricidə yalnız “Qarabağ”dan geri qalırlar.

Qeyd edək ki, “ağ-qaralar” səfərdəki ilk qolunu 1992-ci il mayın 15-də Yevlaxda “Avtomobilçi”nin qapısından keçirib. Həmin matçda bakılılar 3:1 hesabı ilə qalib gəliblər.

“Neftçi” cari mövsümə uğurlu start verib. Belə ki, paytaxt təmsilçisi 8 oyuna topladığı 17 xalla 12 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. “Ağ-qaralar” 8 oyunda 5 qələbə qazanıb, 2 heç-heçə edib, 1 məğlubiyyətə üzülüblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: