Premyer Liqa: Mövsümün tamaşaçı rekordu yeniləndi

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2026/2027-ci illər mövsümündə yeni tamaşaçı rekordu qeydə alınıb.

Arena.az xəbər verir ki, Premyer Liqanın 2026/2027-ci illər mövsümünün 8-ci turunun görüşlərini ümumilikdə 30800 izləyici seyr edib.

“Kəpəz” – “Zirə” görüşünü (1:1) 13800, “Qarabağ” – “Neftçi” qarşılaşmasını (3:3) 13500 seyrçi izləyib. Digər oyunlarda tamaşaçı nisbətən az olub: “Şamaxı” – “Şəfa” (3:2) 1200, “Sumqayıt” – “Araz-Naxçıvan” (2:1) 1200, “Qəbələ” – “Sabah” (0:4) 750, “İmişli” – “Turan Tovuz” (1:0) 350. Orta göstərici 5133-ə bərabər olub.

Xatırladaq ki, Premyer Liqanın cari mövsümündə bundan əvvəlki rekord 24 min 512 tamaşı idi. Bu göstərici mövsümün 4-cü turunda qeydə alınmışdı.

Geridə qalmış 8 turdan sonra ötən mövsümün qalibi “Sabah” hazırda 19 xalla Premyer Liqa lideridir. “Neftçi” 17 xalla ikinci, eyni xala malik “Qarabağ” isə üçüncüdür.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: