Elçin Əlicanov Premyer Liqada 100-ə çatdı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 8-ci turunun “Kəpəz”lə oyunu Elçin Əlicanov üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, “Zirə”nin formasını geyinən mərkəz müdafiəçisi turnirdə 100-cü oyununu keçirib. O, “Kəpəz”lə səfər matçında (1:1) meydana çıxıb.

Elçinin Azərbaycan Premyer Liqasındakı debütü 2022/2023-cü illər mövsümündə “Kəpəz”in heyətində gerçəkləşib. O, Gəncə klubunda 68 qarşılaşmada 2 qola imza atıb. “Zirə”də isə müdafiəçi 32 oyunda 1 dəfə fərqlənib.

27 yaşlı futbolçu Premyer Liqada keçirdiyi 100 oyunda bütövlükdə 3 qol vurub, 3 məhsuldar ötürmə verib.

Elçin Əlicanov “Zirə”yə 2024-cü ilin yayında “Kəpəz”dən keçib. Mərkəz müdafiəçisi qəsəbə təmsilçisinin heyətində indiyə qədər 38 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: