U-15 millimiz Maltaya gedir – UEFA İnkişaf Turniri üçün

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-15) oktyabrın 16-dan 18-nə qədər Bakıda təlim-məşq toplanışı keçirib.

Arena.az xəbər verir ki, hazırlıq prosesini başa vuran millimiz UEFA İnkişaf Turnirində iştirak etmək üçün Maltaya yollanacaq. Oktyabrın 19-dan 27-dək davam edəcək turnir çərçivəsində komandamız üç oyun keçirəcək.

Millimiz ilk oyununu oktyabrın 21-də Latviya yığmasına qarşı keçirəcək. Bakı vaxtı ilə saat 12:00-da başlayacaq görüş “Sentineri” stadionunda təşkil olunacaq.

U-15 millimiz oktyabrın 23-də saat 15:30-da Malta, oktyabrın 26-da isə eyni saatda Litva yığması ilə qarşılaşacaq. Hər üç oyun “Sentineri” stadionunda keçiriləcək.

Turnirdə iştirak edəcək millimizin heyəti ilə aşağıda tanış ola bilərsiniz:

  1. Sirac Quluzadə – Qarabağ
  2. Qabil Həzizadə – Sumqayıt
  3. Rəvan Rüstəmov – Sabah
  4. Ayxan Əliyev – Sabah
  5. Zeyd Çodarov – Qarabağ
  6. Sənan Zeynallı – Qarabağ
  7. Rasim Əliyev – Ulduz
  8. Amal Şıxkərimzadə – Sabah
  9. Kənan Səfiyev – Ulduz
  10. Kamil Bədirxanlı – Qarabağ
  11. Muhəmməd Hümbətzadə – Ulduz
  12. Ayxan Rüstəmli – Ulduz
  13. Hüseyn Novruzlu – EFA
  14. Nihat Bəylərli – Ulduz
  15. Zəfər İbrahim – Qarabağ
  16. Cəbrayıl Əkbərov – Ulduz
  17. Cavid Allahverdi – Qəbələ
  18. İmran Seyidbalayev – Sumqayıt
  19. Yusif Ağayev – Sabah
  20. Onur Əmirzadə – Neftçi
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: