Premyer Liqa: “Tottenhem” ilk qələbəsini qazandı

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 7-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış oyununda “Tottenhem” doğma meydanda “Koventri Siti” ilə üz-üzə gəlib. Dörd qolluq matçda London təmsilçisi inamlı qələbəyə sevinib.

Beləliklə, geridə qalmış 7 turdan sonra itkisiz irəliləyən yeganə komanda – “Mançester Siti” 21 xalla vahid liderdir. “Arsenal” 18 xalla ikinci, “Brayton” 16 xalla üçüncü pillədə qərarlaşıb. “Çelsi”nin 13, “Liverpul”un 12 xalı var.

İngiltərə, Premyer Liqa
7-ci tur

17 oktyabr

Everton – Çelsi 0:2
Brentford – Liverpul 1:2
Fulhem – Hall Siti 1:0
Mançester Siti – İpsviç Taun 3:2
Nyukasl – Aston Villa 0:1

18 oktyabr

Bornmut – Sanderlend 2:0
Brayton – Kristal Pelas 5:0
Lids – Mançester Yunayted 1:1
Nottingem Forest – Arsenal 0:1

19 oktyabr

Tottenhem – Koventri Siti 3:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: