“Gəncə”nin Bolqarıstan klubu ilə oyunu təxirə salındı

FIBA Avropa Kubokunun müntəzəm mövsümündə keçirilməsi planlaşdırılan “Rilski Sportist” (Bolqarıstan) – “Gəncə” oyunu təxirə salınıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə vurğulanır ki, oyun səfərlə bağlı yaranmış çətinliklər səbəbindən nəzərdə tutulmuş vaxtda baş tutmayacaq. Oyunun nə vaxt keçiriləcəyi barədə məlumat verilməyib.

Xatırladaq ki, C qrupunun qarşılaşmasının oktyabrın 21-də Samokov şəhərində təşkili nəzərdə tutulmuşdu.

Azərbaycan təmsilçisi müntəzəm mövsümün ilk iki oyunundan məğlubiyyətlə ayrılıb. Sözügedən komanda ilk turda Türkiyənin “Esenler Erokspor” komandasına 63:92 hesabıyla uduzub, ikinci turdakı “Kolossos Rodes” (Yunanıstan) ilə görüş isə 62:80 hesablı məğlubiyyətlə başa çatıb. Komandamız hazırda 2 xalla C qrupunda sonuncu – 6-cı pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: