“Sabah” – “Borussiya” oyunu üçün Avazaşvili

UEFA Gənclər Liqasının Liqa mərhələsinin 3-cü turunda keçiriləcək “Sabah” – “Borussiya” (Dortmund) oyununun hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, oktyabrın 20-də “Masazır Arena”da keçiriləcək qarşılaşmanı Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

Georgi Avazaşvili matçın baş hakimi olacaq. Ona həmyerliləri Georgi Qoqoxiya və Qoça Taruaşvili kömək edəcəklər. Azərbaycanlı FIFA referisi Cavid Cəlilov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

“Sabah” – “Borussiya” oyununun start fiti saat 15:00-da səslənəcək.

Xatırladaq ki, “Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasının əvvəlki iki oyununda məğlub olub. Bakı təmsilçisi “Mançester Yunayted”ə 0:5, “Slaviya”ya (Praqa) isə 0:3 hesabı ilə uduzub.

Almaniya təmsilçisi isə əvvəlki oyunlarından bir qələbə, bir məğlubiyyətlə ayrılıb. Belə ki, “Borussiya” ilk turda evdə İspaniyanın “Vilyarreal” komandasına 2:3 hesabıyla məğlub olub. Norveçin “Bodo Qlimt” komandası ilə səfər oyununda isə dortmundlular 5:0 hesablı qələbəyə seviniblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: