“Sabah” ÇL-də “Borussiya” ilə üz-üzə!

Futbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Bakı klubu Liqa mərhələsinin 3-cü turunda Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə qarşılaşacaq.

Bakı Olimpiya Stadionunda baş tutacaq görüşü ispaniyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Xavyer Alberola Roxas olacaq. Ona həmyerliləri Alfredo Rodriqes Moreno və Karlos Alvares Fernandes kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Viktor Qarsiya Verdura yerinə yetirəcək. VAR hakimi Sezar Soto Qrado, onun köməkçisi isə Valentin Qomes olacaq.

“Sabah” liqa mərhələsinin ilk turunda səfərdə İngiltərənin “Mançester Yunayted” komandasına 0:4 hesabı ilə uduzub. Çexiya təmsilçisi “Slaviya” ilə ev oyununda isə Azərbaycan çempionu 2:0 hesablı tarixi qələbəyə imza atıb.

Dortmund “Borussiya”sı Çempionlar Liqasının ilk turunda evdə “Vilyarreal”ı 3:2 hesabı ilə məğlub edib. Lakin komanda ikinci turda Norveçdə “Bodo Qlimt”ə 0:1 hesabı ilə uduzub.

Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüşə Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur

20 oktyabr

20:45. Sabah – Borussiya (Dortmund)
Hakimlər: Xavyer Alberola Roxas, Alfredo Rodriqes Moreno, Karlos Alvares Fernandes, Viktor Qarsiya Verdura (İspaniya).
VAR: Sezar Soto Qrado (İspaniya).
AVAR: Valentin Qomes (İspaniya).
Bakı Olimpiya Stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: