Orxan Hüseynzadə və Fərrux Hüseynzadəyə UEFA-dan təyinat

Azərbaycanlı UEFA nümayəndələri Orxan Hüseynzadə və Fərrux Hüseynzadə qitənin ali futbol qurumundan növbəti təyinat alıblar.

Arena.az xəbər verir ki, Orxan Hüseynzadə Macarıstanda yerli “Ferentsvaroş” və Portuqaliyanın “Torrense” komandaları arasında keçiriləcək Avropa Liqasının əsas mərhələsinin 3-cü turunun oyununda Avropa futbol qurumunun nümayəndəsi olacaq.

Sözügedən qarşılaşma oktyabrın 22-də Macarıstanda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

Xatırladaq ki, O.Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub.

Fərrux Hüseynzadə isə oktyabrın 20-də FIFA 2028 futzal üzrə dünya çempionatının əsas mərhələsində keçiriləcək Qazaxıstan – Belarus oyununda UEFA nümayəndəsi olacaq. Qazaxıstanın Astana şəhərində yerləşən “Jekpe-Jek” idman kompleksində təşkil olunacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: