Bu gün keçirilmiş oyunla futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 8-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Brest” doğma meydanda “Nitsa” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda qonaqlar çətin qələbəyə seviniblər.
Qeyd edək ki, 8-ci turun qalan görüşləri oktyabrın 24-də, 25-də və 26-da keçiriləcək.
Fransa, Liqa 1
8-ci tur
23 oktyabr
Brest – Nitsa 1:2
24 oktyabr
22:45. Lans – Paris
25 oktyabr
18:00. Monako – Lill
20:15. Anje – Loryan
20:15. Oser – Le Man
20:15. Olimpik (Marsel) – Havr
20:15. Renn – Strasburq
20:15. Tuluza – Trua
26 oktyabr
23:30. PSJ – Olimpik (Lion)


