Bu gün keçirilmiş oyunla futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 8-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Torino” doğma meydanda “Montsa” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı oyunda meydan sahibləri çətin qələbəyə seviniblər.
Qeyd edək ki, 8-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
İtaliya, A Seriyası
8-ci tur
23 oktyabr
Torino – Montsa 3:2
24 oktyabr
17:00. Kalyari – Bolonya
17:00. Komo – Sassuolo
20:00. Napoli – Roma
22:45. Latsio – Parma
25 oktyabr
15:30. İnter – Fiorentina
18:00. Atalanta – Frozinone
18:00. Cenoa – Venesiya
21:00. Leççe – Yuventus
23:45. Udineze – Milan


