Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.
“Konyaspor” doğma meydanda “Gənclərbirliyi” ilə üz-üzə gəlib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər. “Göztəpə” də “Çorum”la ev oyununda 2 cavabsız qolla üstün olub.
Qeyd edək ki, 9-cu turun qalan görüşləri oktyabrın 26-da baş tutacaq.
Türkiyə, Super Liqa
9-cu tur
23 oktyabr
Alanyaspor – Kocaelispor 1:2
24 oktyabr
Eyüpspor – Kasımpaşa 0:1
Qaziantep – Ərzurumspor 1:3
Samsunspor – Amedspor 1:2
25 oktyabr
Konyaspor – Gənclərbirliyi 2:0
Göztəpə – Çorum 2:0
26 oktyabr
20:00. Beşiktaş – Başakşəhər
20:00. Rizəspor – Trabzonspor
22:30. Qalatasaray – Fənərbağça


