Premyer Liqa: “Liverpul” qalib gəldi, MY 3 qola üzüldü

Bu gün keçirilmiş oyunlarla futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 8-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Hall Siti” – “Brentford” matçında qalib müəyyənləşməyib. “Sanderlend” – “Lids” görüşündə isə qapılara qol vurulmayıb. “Nyukasl” səfərdə “Kristal Pelas”a, “Liverpul” evdə “Brayton”a 2 cavabsız qolla qalib gəlib. “Mançester Yunayted” isə doğma meydanda “Bornmut”a 3 cavabsız qolla məğlub olub.

Beləliklə, geridə qalmış 8 turdan sonra “Mançester Siti” və “Arsenal”ın 21, “Brayton”un 16, “Liverpul”un 15, “Çelsi”nin 13 xalı var.

İngiltərə, Premyer Liqa
8-ci tur

23 oktyabr

İpsviç Taun – Nottingem Forest 1:1

24 oktyabr

Aston Villa – Mançester Siti 2:1
Arsenal – Everton 2:0
Koventri Siti – Fulhem 0:1
Çelsi – Tottenhem 0:2

25 oktyabr

Kristal Pelas – Nyukasl 0:2
Hall Siti – Brentford 1:1
Liverpul – Brayton 2:0
Mançester Yunayted – Bornmut 0:3
Sanderlend – Lids 0:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: