Liqa 1: Marsel “Olimpik”i 4, “Renn” 3 qolla qalib gəldi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə altı qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Monako” – “Lill” və “Oser” – “Le Man” matçlarında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Anje” – “Loryan” və “Tuluza” – “Trua” görüşlərində qapılara qol vurulmayıb.

Yeddi qolluq “Olimpik” (Marsel)” – “Havr” matçında meydan sahibləri çətin qələbəyə seviniblər. “Renn” isə “Strasburq”u 3 cavabsız qolla üstələyib.

Qeyd edək ki, 8-ci tura oktyabrın 26-da keçiriləcək PSJ – “Olimpik” (Lion) oyunu ilə yekun vurulacaq.

Fransa, Liqa 1
8-ci tur

23 oktyabr

Brest – Nitsa 1:2

24 oktyabr

Lans – Paris 2:1

25 oktyabr

Monako – Lill 1:1
Anje – Loryan 0:0
Oser – Le Man 1:1
Olimpik (Marsel) – Havr 4:3
Renn – Strasburq 3:0
Tuluza – Trua 0:0

26 oktyabr

23:30. PSJ – Olimpik (Lion)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: