Bu gün keçirilmiş oyunlarla futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 8-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
Səkkiz qolun qeydə alındığı “Atalanta” – “Frozinone” matçında qalib müəyyənləşməyib. “İnter” evdə “Fiorentina”ya, “Cenoa” “Venesiya”ya qalib gəlib. “Yuventus” səfərdə “Leççe”ni, “Milan” isə “Udineze”ni 2 cavabsız qolla üstələyib.
Beləliklə, geridə qalmış 8 turdan sonra “İnter” və “Latsio”nun 22, “Roma” və “Milan”ın 18, “Komo”nun 17 xalı var.
İtaliya, A Seriyası
8-ci tur
23 oktyabr
Torino – Montsa 3:2
24 oktyabr
Kalyari – Bolonya 0:2
Komo – Sassuolo 2:0
Napoli – Roma 3:3
Latsio – Parma 2:1
25 oktyabr
İnter – Fiorentina 2:1
Atalanta – Frozinone 4:4
Cenoa – Venesiya 1:0
Leççe – Yuventus 0:2
Udineze – Milan 0:2


