La Liqa: “Barselona” “Real”a evdə uduzdu

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

“Selta” – “Betis” matçında qapılara qol vurulmayıb. “Atletik” doğma meydanda “Xetafe”ni 4 cavabsız qolla üstələyib. “Real Sosyedad” evdə “Levante”yə qalib gəlib.

Turun mərkəzi oyununda isə “Barselona” əzəli rəqibi “Real”ı qəbul edib. Üç qolun qeydə alındığı “el klasiko” qonaqların qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 8-ci tura oktyabrın 26-da keçiriləcək “Sevilya” – “Osasuna” oyunu ilə yekun vurulacaq.

İspaniya, La Liqa
10-cu tur

23 oktyabr

Alaves – Malaqa 1:1

24 oktyabr

Rayo Valyekano – Elçe 0:3
Rasinq – Espanyol 2:1
Valensiya – Vilyarreal 1:2
Atletiko – Deportivo 1:0

25 oktyabr

Atletik – Xetafe 4:0
Selta – Betis 0:0
Real Sosyedad – Levante 2:1
Barselona – Real 1:2

26 oktyabr

00:00. Sevilya – Osasuna

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: