Bu gün keçirilmiş oyunla kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Super Liqa) 2-ci tura yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış oyunu Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib. Burada “Murov” və “Gənclər” komandaları üz-üzə gəliblər. Görüş “Murov”un 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, oktyabrın 28-də keçirilmiş turun digər oyunlarında “Xilasedici” komandası “Azərreyl”ə, “Ordu” isə “Neftçi”yə 3:0 hesabı ilə qalib gəlmişdilər.
Super Liqa (kişilər)
2-ci tur
30 oktyabr
“Murov” – “Gənclər” 3:0 (25:08, 25:16, 25:10)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.


