Premyer Liqa: “Sabah” “Turan Tovuz”a səfərdə uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 10-cu turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Turan Tovuz” son çempion “Sabah”ı qəbul edib. Tovuz şəhər stadionunda baş tutmuş qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olub.

Beş qolun qeydə alındığı oyunun yekununda Tovuz təmsilçisi 3 xala sevinən tərəf olub. Bu, son çempion “Sabah”ın cari mövsümdəki ilk məğlubiyyəti olub.

Premyer Liqa
10-cu tur

30 oktyabr

“Turan Tovuz” – “Sabah” 3:2
Qollar: Enrike Silva, 28. Joarlem Santos, 30; 67 – Coy Lens Mikels, 70. Ksander Severina, 87.
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Namiq Hüseynov, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 18:30.

Turan Tovuz: 1. Oleq Baklov, 5. Roderik Miller, 21. Stiv Beusnar, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 77. İbrahima Vadji, 32. Hayderson Hurtado (k), 7. Xorxe Silva, 33. Filip Damyanoviç, 28. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin, 13. Mehman Hacıyev, 4. Rahil Məmmədov, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 99. Sadiq Şəfiyev, 15. Emmanuel Hakman, 19. Roberto Olabe, 25. Denis Marandiç, 8. David Tavares, 11. Dioqo Balau.
Baş məşqçi: Kurban Berdıyev.

Sabah: 92. Stas Pokatilov (k), 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 11. Kahim Parris, 37. Du Keyros, 99. Patrik Mbina, 8. Kristian Nvaçukvu.
Ehtiyat oyunçular: 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 9. Xəyal Əliyev, 20. Coy Lens Mikels, 33. Junior Almeyda, 88. Rodriqo Fernandes, 34. Ksander Severina, 18. Karlos Eduardo, 7. Umarali Rahmonaliyev, 4. Eyden Makkarti, 23. Yunes Laşaab.
Baş məşqçi: Valdas Dambrauskas.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: