“Barselona” üçün “el klasiko”dan rekord gəlir

La Liqanın 10-cu turunun “Barselona” – “Real” qarşılaşması Kataloniya klubunun ev stadionu “Kamp Nou”nun tarixində ən çox gəlir gətirən oyun olub.

Arena.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Kataloniya təmsilçisi yalnız bilet satışından 19,1 milyon avro qazanıb. Bundan başqa, həftəsonu ərzində klubun rəsmi mağazasının satışlarından əldə etdiyi gəlir 1,5 milyon avro təşkil edib.

“Barsa” “el klasiko” ərəfəsində ilk bilet partiyasını satışa çıxarıb. Bu biletlər yalnız klub üzvləri üçün nəzərdə tutulub. Bu biletlərinin qiyməti minimum 315 avro olub. Klub üzvlərinə isə 5 faiz endirim tətbiq edilib.

İlk bilet partiyası dərhal satıldıqdan sonra biletlər geniş ictimaiyyət üçün də satışa çıxarılıb. Bu mərhələdə ən ucuz biletin qiyməti 1000 avrodan baha olub. Həmin biletlər də qısa müddətdə tükənib.

Qeyd edək ki, “Barselona” – “Real” qarşılaşmasını 62 055 azarkeş stadiondan izləyib. Oyun Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: