20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-20) noyabrın 9-dan 15-nə qədər Qəbələdə təlim-məşq toplanışında olacaq.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, millimiz ayın 16-dan 21-nə qədər də Bakıda təlim-məşq toplanışı keçəcək. U-20 millimiz hazırlıq çərçivəsində yoldaşlıq matçları keçirəcək. Rəqiblər hələlik məlum deyil.
Azərbaycan millisinin heyətinə dəvət almış futbolçuların siyahısı belədir:
- Həbib Hüşənov – Qəbələ
- Aftandil Arıxov – Sumqayıt
- Elbrus Kərimov – MOİK
- Uğur Qurbanlı – Qarabağ
- Rəvan Feyziyev – Qəbələ
- Murad Qurbanov – Zirə
- Həzrət Səmədov – Sabah
- Rəşad Alışov – Qarabağ
- Vüsal Paşayev – Sumqayıt
- Əhməd Tarverdiyev – Sabah
- Nadir Orucov – Sumqayıt
- İslam Həsənov – Qrafiçar (Serbiya)
- Raul Süleymanov – Herta (Almaniya)
- Pünhan Qasımzadə – Neftçi
- Hikmət Cəbrayılzadə – Qarabağ
- Anar Hüseynov – Sabah
- İbrahim Babayev – Barselona (İspaniya)
- Eltun Babazadə – Şəfa
- Əli Bəşirov – Qarabağ
- Ziya Şəkərxanov – Qəbələ
- Şahin İbrahimov – Sabah
- Şahnur İsmayılov – Kəpəz
- Nicat Nərimanov – Brommapoykarna (İsveç)
- Nihad Orucəli – Sumqayıt


