Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 9-cu turun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, dördüncü oyun günündə də bir qarşılaşma baş tutub.
“Şəfa” və “Kəpəz”in ikinci komandalarının görüşündə qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Bu gün keçirilməli olan “Sabah-2” – “Qarabağ-2” matçı isə təxirə salınıb. Bu oyunun nə vaxt keçiriləcəyinə Peşəkar Futbol Liqası daha sonra qərar verəcək.
Əvəzedicilər Liqası
9-cu tur
4 noyabr
“Zirə-2” – “Sumqayıt-2” 1:2
Qollar: Rauf Qafarov, 70 – Emil Həsənov, 29. Nihad Orucəli, 34.
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Safalı Ağayev, Məleykə Məmmədova.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu, 11:00.
“Araz-Naxçıvan-2” – “Qəbələ-2” 3:7
Qollar: Cavid Paşa, 63. Turan Fətullayev, 76. Nihat Mehralıyev, 89 – Ömər Kərimov, 22. Qədir Ramazanov, 27; 52. Daniel Eşimoxay, 29. Cuma Hüseynov, 32. Hüseyn Xasməmmədli, 47. Xəyyam Məmmədli, 71.
Hakimlər: Ləman Əmirli, Orxan İbişov, Məmmədəli Kərimov, Rauf Salamov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Binə qəsəbə stadionu, 15:00.
6 noyabr
“Neftçi-2” – “Turan Tovuz-2” 4:1
Qollar: Adama Diarra, 14. Məhəmməd Məmmədli, 22. Tunar Mehdiyev, 71. Nicat Məhərrəmov, 83 – İsmayıl İsmayılov, 87-pen.
Hakimlər: Alik Yunusov, Elman Kərimov, Anar Bədəlov, Rövşən Rəcəbov
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Törə Əhmədova.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.
7 noyabr
“İmişli-2” – “Şamaxı-2” 2:4
Qollar: Cavid Quliyev, 57. Elnur Məmmədov, 83 – Zahid Abbaszadə,, 15. İslam İsmayılzadə, 52. Abidin Əliyev, 54. Vidadi İmanov, 89.
Hakimlər: Maqsud Şamıyev, Rəhman Aslanov, Rəşad Quliyev, Mehdi Yusifov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
8 noyabr
“Şəfa-2” – “Kəpəz-2” 1:1
Qollar: Murad Mustafayev, 55 – Şahnur İsmayılov, 14.
Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Vüqar Bayramov, Yasin Cəbizadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
“Sabah-2” – “Qarabağ-2” matçı təxirə salınıb
Hakimlər: Murad Səlimov, Sənan Atayev, Zakir Şükürzadə, İlqar Əhmədov
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Bank Respublika Arena” (ehtiyat meydança), 15:00.


