A Seriyası: “Fiorentina” “Montsa”ya böyük hesabla uduzdu

Bu gün keçirilmiş oyunla futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 12-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Montsa” doğma meydanda “Fiorentina” ilə üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə 3 xalı 3 cavabsız qolla qazanıblar.

Beləliklə, 12 turdan sonra 32 xala malik “Latsio” vahid liderdir. “Roma” 30 xalla ikinci, “İnter” 29 xalla üçüncü pillədə qərarlaşıb. “Milan” 27, “Komo” 26, “Yuventus” 21, “Frozinone” 20, “Napoli” 18 xal toplayıb.

İtaliya, A Seriyası
12-ci tur

21 noyabr

Komo – Kalyari 2:0
Latsio – Leççe 3:0
Parma – Roma 1:5
Napoli – Torino 1:0

22 noyabr

Yuventus – Venetsiya 4:0
Bolonya – Udineze 1:1
Sassuolo – Cenoa 0:2
Milan – Frozinone 5:1
Atalanta – İnter 4:4

23 noyabr

Montsa – Fiorentina 3:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: