Premyer Liqa: “Brentford”dan “Everton”a 4 cavabsız qol

Bu gün keçirilmiş oyunla futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 11-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Brentford” doğma meydanda “Everton”la üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə 4 cavabsız qolla qalib gəliblər.

Beləliklə, geridə qalmış 11 turdan sonra 28 xala malik “Arsenal” vahid liderdir. “Brayton”la “Mançester Siti” 22, “Liverpul” 21, “Bornmut” 18, “Brentford” və “Lids” 17, “Çelsi” və “Everton” 16, “Tottenhem” 15 xal toplayıblar.

İngiltərə, Premyer Liqa
11-ci tur

21 noyabr

Mançester Siti – Fulhem 1:1
Aston Villa – Sanderlend 0:0
Bornmut – Nottingem Forest 2:0
Çelsi – Lids 1:4
Koventri Siti – Kristal Pelas 3:2
Tottenhem – İpsviç Taun 2:0
Nyukasl – Arsenal 2:2

22 noyabr

Hall Siti – Brayton 2:0
Liverpul – Mançester Yunayted 4:0

23 noyabr

Brentford – Everton 4:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: