Bu gün keçirilmiş oyunlarla futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2026/2027-ci illər mövsümünün 11-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Frayburq” – “Leypsiq” matçında qalib müəyyənləşməyib. “Hoffenhaym” doğma meydanda “Auqsburq”a 4 cavabsız qolla uduzub. Dortmund “Borussiya”sı isə “Bayer”lə ev oyunundan məğlub ayrılıb.
Beləliklə, 11 turdan sonra 24 xala malik Dortmund “Borussiya”sı vahid liderdir. “Bayern”lə “Frayburq” 23, “Leypsiq”lə “Bayer” 22, “Verder” 19 xal toplayıb.
Almaniya, Bundesliqa
11-ci tur
27 noyabr
Verder – Borussiya (Mönhenqladbax) 3:3
28 noyabr
Köln – Elversberq 5:0
Hamburq – Bayern 0:0
Maynts – Union Berlin 2:1
Paderborn – Şalke 8:1
Ştutqart – Ayntraxt 2:2
29 noyabr
Frayburq – Leypsiq 2:2
Hoffenhaym – Auqsburq 0:4
Borussiya (Dortmund) – Bayer 1:2


