“Səbail” Kamran Ağayevlə yeni müqavilə bağladı

“Səbail” daha bir futbolçu ilə müqaviləni yeniləyib. Arena.az xəbər verir ki, paytaxt klubu təcrübəli qapıçısı Kamran Ağayevlə yeni müqavilə bağlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə 35 yaşlı futbolçunun daha 1 il “dənizçilər”in formasını geyinəcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Kamran Ağayev ötən mövsümdən “Səbail”in sıralarındadır. Amma o, demək olar ki, bu komandada heyətə düşə bilməmişdi.

“Səbail” daha öncə Elxan Əhmədov, Şahin Zəkiyev, Ədilxan Qarəhmədov, Əfran İsmayılov, Rauf Əliyev, Adil Nağıyev və Rahid Əmirquliyevlə də yeni müqavilə bağlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: