“Qarabağ” Qurban Qurbanovun köməkçiləri ilə yeni müqavilə bağladı

“Qarabağ” klubunun məşqçilər korpusunda yer alan 7 mütəxəssislə yeni müqavilə imzalanıb. Arena.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Elçin Rəhmanov, Müşfiq Hüseynov, Zaur Tağızadə, Elxan Həsənov, Çudomir Çakarov, Mario Mitov və Yanuş Vasilevin müqavilə müddətləri uzadılıb. Lakin məşqçilərlə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur.

Xəbəri sosial şəbəkələrdə paylaş: