Rüstəmli “Minay” yenidən Premyer Liqada!

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadənin formasını geyindiyi “Minay” klubu yeni mövsümdə Ukrayna Premyer Liqasında mübarizə aparacaq. Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

“Minay” maliyyə problemləri səbəbindən çempionatda iştirakdan imtina edən “Olimpik” komandasını əvəzləyib.

“Minay” ötən mövsüm Premyer Liqada sonuncu olduğu üçün elitanı tərk etmişdi. Bu üzdən milli komandamızın digər hücumçusu Anatoli Nuriyev də bu klubla yollarını ayırmağa qərar vermişdi. O, bir müddət öncə Premyer Liqanın digər təmsilçisi “Kolos”la müqavilə imzalayıb. Amma ondan fərqli, Rüstəm “Minay”da qalmağı üstün tutmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaş: