2021/22 mövsümünə hazırlığını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb. Arena.az xəbər verir ki, “qırmızı-qaralar” yay fasiləsində ilk legioner transferini reallaşdırıb.
Kamerunlu qapıçı Kristof Atanqana-Assimba ilə 2 illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İspaniya vətəndaşlığı da olan 21 yaşlı qolkiper peşəkar karyerasını bu ölkənin klublarında keçirib. Kristof Bilbao “Atletik”i, “Baskoniya”, “Leyoa”, “Somorrostro”, “Arenas de Qetxo” klublarının formasını geyinib.
Xatırladaq ki, “Qəbələ” Atanqana-Assimbaya qədər Ürfan Abbasov, Məqsəd İsayev və Nicat Mehbalıyevi heyətinə qatıb.


