“Neftçi” Aqil Məmmədovu da itirdi

“Neftçi” Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində qarşılaşdığı HJK (Finlandiya) ilə ilk oyunda ciddi itki ilə üzləşib. Arena.az xəbər verir ki, paytaxt təmsilçisinin qapıçısı Aqil Məmmədov zədələnib.

Futbolçunun zədəsi ciddi olduğundan, oyunu davam etdirə bilməyib. Bu üzdən də o, 18-ci dəqiqədə Kamran İbrahimovla əvəzlənib.

Birinci hissədən sonra “Neftçi” – HJK matçında hesab açılmayıb.

Qeyd edək ki, “Neftçi”də daha öncə Namiq Ələsgərov də zədə səbəbindən sıradan çıxmışdı. Müdafiəçi Mert Çelik cəzalı olduğu üçün HJK ilə oyunda komandasına kömək edə bilmir. Portuqaliyalı futbolçu Huqo Basto da qrip olduğu üçün matçı buraxır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: