Jerar Moreno daha 6 il “Vilyarreal”da!

İspaniyanın “Vilyarreal” klubu hücumçusu Jerar Moreno ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İspan futbolçu ilə yeni sözləşmənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

İspaniya milli komandasının da üzvü olan Moreno, “Vilyarreal”ın öz yetirməsidir. O, bu klubun C və B komandalarında oynadıqdan sonra 2012-ci ildə peşəkar karyerasına da elə doğma komandada başlayıb. 2013/14 mövsümündə “Malyorka”da icarədə oynayan futbolçu, 2015-ci ildən 2018-ci ilə qədər “Espanyol”un uğurları üçün çalışıb. 2018-ci ilin yayında isə hücumçu yenidən “Vilyarreal”a qayıdıb.

Jerar Moreno geridə qalan mövsümdə “Vilyarreal”ın heyətində meydana çıxdığı 46 oyunda 30 qolla yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: